“Vaqner”ə Priqojinin oğlu rəhbərlik etməyə başlayıb?- Kremldən AÇIQLAMA

“Kremldə “Vaqner”in rəhbərinin yerini kimin tuta biləcəyi barədə məlumat yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ Kremlin nəzərindən kənardadır: “Bu, bizim mövzumuz deyil və mənim bu məsələ ilə bağlı hər hansı məlumatım yoxdur”.

Daha əvvəl məlumat yayılmışdı ki, “Vaqner”in rəhbəri postunu təyyarə qəzasında ölən iş adamı Yevgeni Priqojinin oğlu Pavel tutub. O da bildirilib ki, Rusiya regionlarında döyüşçülərin “Vaqner”ə cəlb edilməsi bərpa edilib.

Azpost.info

 

 

Əvvəlki məqalə

“Rusiya Yaxın Şərqdə təcili atəşkəsə çağırır”

Sonrakı məqalə

“Ermənistan KTMT-dən çıxmağı müzakirə etmir”