Vardanyan Bakı həbsxanasından Paşinyana cavab verdi

Bakıda həbsdə olan milyarder Ruben Vardanyan Ermənistanın baş nazirinin son mətbuat konfransı zamanı ona ünvanladığı bəyanata cavab verib. 

Azpost.info bildirir ki, bu barədə Ruben Vardanyanın ofisi məlumat yayıb. Ruben Vardanyan ailəsi ilə söhbətində bəyanatla bağlı mövqeyini ictimaiyyətə açıq formatda bölüşməyi xahiş edib.

Erməni milyarder bildirib ki, əgər baş nazirin onunla bağlı hər hansı sualı olubsa 2022-ci ilin noyabrında Vardanyan qondarma “dövlət naziri” vəzifəsini icra etdiyi zaman ona müraciət edərdi: “İstənilən halda mən indi də onun istənilən sualına cavab verməyə hazıram”.

Vardanyan bildirib ki, 2018-ci ilin yazında 4 nəfərlə birgə Paşinyanla ilk dəfə görüşəndə ​​ona deyib ki, 3 prinsipinə həmişə sadiq olacaq: “Mən və tərəfdaşlarım Ermənistan siyasətinə qarışmaq istəmirik və etməyəcəyik.
Biz Ermənistan hakimiyyəti ilə münasibətimizdən asılı olmayaraq xeyriyyə işləri görürük”.

Vardanyan deyib ki, onun yanaşmasını dəyişə biləcək yeganə məsələ Qarabağın taleyidir.
“2020-ci il hadisələri mənim üçün dönüş nöqtəsi oldu, mən bunu həmişə açıq və ardıcıl şəkildə bildirdim”.

Vardanyan qeyd edib ki, fikir ayrılıqlarına baxmayaraq, sülh və işıqlı gələcək qura biləcəklərinə inanır.

Azpost.info

 

Əvvəlki məqalə

Bakıda keçiriləcək COP29 tədbirinin iki yeni rəsmi tərəfdaşı elan olunub

Sonrakı məqalə

Cəzaçəkmə müəssisələrində hüquqi yardımla bağlı monitorinq keçirilib