İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub.
Bu vəzifə Fərhad Quliyevə həvalə edilib.
O, bu təyinata qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini olub.
F.Quliyevə qədər Baş İdarənin rəisi vəzifəsini isə müvəqqəti olaraq bu idarə rəisinin 1-ci müavini Elçin Ağakişiyev icra edib. (Report)