“VHP seçkilərə öz namizədi ilə qatılmır” –BƏYANAT

“Mövcud reallıqları, durumu nəzərə alaraq VHP seçkilərə öz namizədi ilə qatılmır. Partiya hazırkı ölkə başçısını seçkinin əsas favorit namizədi hesab edir”.

Azpost.info bildirir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının növbədənkənar seçki ilə bağlı yaydığı bəyanatda bildirilib.

Açıqlamada deyilir ki, VHP üzvləri seçkilərdə öz seçimini azad şəkildə ifadə edəcək: “VHP əmindir ki, şəffaf şəraitdə keçiriləcək azad və ədalətli 7 fevral Prezident seçkiləri ölkəmizdə demokratiyanın, milli həmrəyliyin təntənəsinə çevriləcək və bütün dünya buna şahid olacaqdır”.

VHP bəyan edir ki, növbədənkənar prezident seçkiləri gələcək siyasi yönətimin, ölkəmizin maraqlarını təmin edəcək regional xarici siyasətin inamlı ifadəsinin legitimliyini yaratmış olacaq: “7 fevral seçkiləri Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki olacaqdır. Çünki Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa edib və seçki bütöv Azərbaycan ərazisində keçiriləcəkdir”.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.