“Wall Street Journal”ın müxbiri, Rusiyada casusluqda ittiham olunaraq saxlanılan ABŞ vətəndaşı Evan Qerşkoviç həbs qərarından apelyasiya şikayəti verib.
Azpost.info xəbər verir ki, bu barədə Moskvanın Lefortovsk Rayon Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
“Məhkəməyə Qerşkoviçin vəkilindən həbs qətimkan tədbiri qərarından şikayət daxil olub”, – məlumatda deyilir.
Apelyasiya şikayətinə baxılma tarixi hələ müəyyən edilməyib.
Azpost.info