“Wall Street Journal”ın müxbiri Evan Qerşkoviç Yekaterinburqda saxlanılıb. O, casusluqda şübhəli bilinir.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, o, ABŞ-ın göstərişi ilə Rusiyanın müdafiə müəssisələrindən biri haqqında məxfi məlumat toplayıb.
“Evan Qerşkoviç ABŞ-ın göstərişi ilə hərəkət edərək Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatlar toplayıb. Gerşkoviç məxfi məlumat əldə etməyə çalışarkən saxlanılıb”, – FTX-dan bildiriblər.
Qerşkoviç tanışları onun “Vaqner”lə maraqlandığını iddia edirlər.
“Wall Street Journal”ın redaktorları dünən gecədən etibarən jurnalistlə əlaqənin kəsildiyini bildiriblər.
Azpost.info