Sən demə, xəbərlərdən asılılıq psixi və fiziki sağlamlıq problemlərinə yol açırmış.
Azpost.info xəbər verir ki, bunu Texas Universitetinin tədqiqatçıları üzə çıxarıb.
Alimlərin “Health Communication” jurnalında dərc olunan tədqiqatı göstərir ki, daim xəbər axtarışında olan insanlar stress, narahatlıq və fiziki xəstəliklərdən əziyyət çəkirlər.
Tədqiqat zamanı sorğu yolu ilə mindən çox amerikalı respondentin xəbərlərə və sağlamlığa olan münasibəti öyrənilərək təhlil edilib. Sorğuda iştirak edənlərin 16,5 faizində xəbər asılılığının ağır formasının əlamətləri üzə çıxıb.
Xəbər gündəminə həddən artıq alüdə olan belə adamlar bu barədə düşünməyə bilmirlər. Bu asılılıq onların yuxusunda, ailə ilə münasibətlərində probləmlər yaradır, diqqətlərini təhsilə və ya işə yönəltmələrinə mane olur.
Sorğuya cəlb olunanların 73 faizində psixi pozğunluqların, 61 faizində isə fiziki xəstəliklərin olduğu üzə çıxıb.
Alimlərin fikrincə, vəziyyəti daha da gərginləşdirən medianın mənfi yüklü məlumatlara üstünlük verməsidir. Tədqiqatçıların qənəatinə görə, xəbər aludəçiliyinə qarşı təbliğat aparılmalıdır.
Azpost.info