Xaçmazda azyaşlını elektrik cərəyanı vuraraq öldürüb

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə rayonun M.Ə.Sabir küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 2007-ci il təvəllüdlü Xəlilov Seyidəli Elnur oğlunu həmin ərazidə pivə soyuducusundan elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.