“Müxalifət deyiləndə sərhəd qoyulmalıdır. Mən də müxalifətəm, burada oturmuşam, başqaları da var”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı bildirib.
Sabir Rüstəmxanlı qeyd edib ki, sosial şəbəkələrdə Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə kimi insanlar barədə yanlış məlumatlar yer alır, onları üz-üzə qoyulmağa çalışırlar: “Çünki bu tarix yazılmayıb. Hər kəs öz bildiyi səviyyədə danışır. Bu məsələlərlə bağlı obyektiv yazılı tarix, dövlətin münasibəti ortaya qoyulmalıdır”.
Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, xalqın gözü tərəzidir: “Xalq yaxşı bilir ki, kim yaxşı, kim pis müxalifətdir”. (APA)