Xankəndinə gedən Peşəkar Futbol Liqasının prezidenti qəzaya düşübYENİLƏNİB

Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, nəticədə sürücü R.Qafarlı və avtomobildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elxan Səmədov Peşəkar Futbol Liqasının (PFL) prezidentidir.

PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev və qurum rəsmiləri Elgiz Abbasov, Zaur HacıMəhərrəmov və Sənan Abdullayev də qəzaya düşən maşında olub.

TƏBİB-in rəsmi açıqlamasına görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

 

 

Əvvəlki məqalə

Məhkəmə Trampın vəkilinə 148 milyonluq təzminat cəzası kəsdi

Sonrakı məqalə

DYP dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib