“Xankəndinə köçən milyarder Vardanyan İranın və Rusiyanın “qara kassa”sıdır” –HƏMİD HERİSÇİDƏN MARAQLI AÇIQLAMA

Dünənlərdə Rusiya pasportudan imtina edib Xankəndinə getmiş milyarder Ruben Vardanyan haqda deyirsiz biz bütün həqiqətləri bilirik, hə?
Yox…
Mən deyərdim bütün sirləri axıra qədər bilmirik.
Əvvəla o təkcə Rusiya ilə deyil, həm də İranla çox sıx bağlı fiqurdur.
Keçək abzasa.
İran ilə Ermənistan arasında gizli maliyyə marşrutu mövcuddur.
Trafikin “məxfi qara bank”iri kimdi?-  Rusiya ilə Ermənistanın bir saylı “kreativ maliyyəçisi” Ruben Vardanyan.
2019-cu ildə Şuşadakı “Gövhərağa” məscidinə “iranlı bərpaçıları” məhz o gətirib. Təmir…yox ey…saxtalaşdırma işlərini məhz o maliyyələşdirib. Məscidin divarına “fars məscidi” lövhəsini yapışdırmağı digərlərinə başqalarına etibar etməyib. Lövhəni özü yapışdırıb məscidin qapısına.
İran turistlərini Ermənistana cəlb etmək, bu trafiqə əlverişli şərait yaratmaq işində də Ruben Vardanyan əlindən gələni edib. Qorus yolu boyu iranlı turistlər üçün əyləncə yerləri hazırlayıb. “Tatev qanadları” layihəsi çərçivəsində bu yolda kanat yolları qurub, qədim dəyirmanları, kilsələri bərpa edib.
Kilsə resepti ilə nehrə çalxalayır oralarda. Yağını, öz brend dükanlarında satır.
Yol boyu iranlılara maliyyə xidməti göztərən bankomatlar qurub. Beynəlxalq sanksiyalardan yan ötərən iranlılar, İran dövlət qurumları bu bankomatlardan, banklardan geniş istifadə edirlər. Maliyyə xidmətləri Rubinyanın Ermənistandakı “Ameriabank”, “Dialoq Troyka”, “Sberbank-Armeniya” ünvanlarından həyata keçirilir.
Aşağıdakı müsahibəsinə diqqət edin Ruben Vardanyanın. Ayrıca olaraq söhbətin 8-ci dəqiqəsinə. Orada açılır sandıq, tökülür pambıq…Bəlli olur ki, Vardanyan ilə İran rəsmiləri arasında əməlli-başlı birbaşa əlaqə telləri, dialoq mövcuddur. Bəlli olur ki, Ququş kimi İran mühacir müğənnilərini ABŞ-dan Ermənistana gətiən Ruben Vardanyan bəzi qırmızı xətləri pozub. İran müxalifətçilərinin Ermənistana girişini təmin edib. Müxalif iranlıları kütləvi şəkildə Tehrandan Yerevana gətirib, yollarda tıxaclar yaradıb, nəticədə Ququşun konserti İranın əleyhinə işləyib.
İranlılar da Ruben Vardanyana öz etirazlarını bildiriblər…
Kiçik detal: Ermənistanda Koçaryan-Sarkisyan tandemini maliyyələşdirdiyi üçü, İrannın “qara kassiri” olduğu üçün, Putinə maliyyə dəstəyi göstərdiyi üçün üç-dörd ay əvvəl Ağ Ev onu qara siyahısına salıb.
Nəticədə Vardanyanın Ermənistanda qurduğu “Ermənistan-İran qara kassası” iflic vəziyyətinə düşüb.
İndi o, bax bu cür həmin sanksiyalardan yan ötmək qərarını verib.
Guya, Rusiya pasportundan imtina edir o.
Guya, Qarabsağın köməyinə gəlir…
İnanan daşa dönsün.
Vardanyan tərəfindən taktiki, maliyyə manevrləridi bütün bunlar ancaq.
Sadəcə oyunun, daha doğrusu operativ əməliyyatın miqyası dəyişir indi.
Qarabağ mövzusuna əlavə biznes strukturlar, oyunçular qoşulur.
Qara kassir leqallaşmaq istəyir.
Gizli oyunlarını o bu dəfə açıq-aşkar görəcək.
Deyilənlərə inansaq Daşnaksütyun partiyasının qara kassası da Vardanyanla bağlıdır.Ermənistan, Rusiya, İran maliyyə marşrutunda o çox böyük oyunlardan çıxıb…
İndi o öz ofisini Xankəndində də açdı.
Həmid Herisçi
https://www.youtube.com/watch?v=i_QtGvgIaf4
Əvvəlki məqalə

Sabah bölgələrdə 40 dərəcə isti olacaq

Sonrakı məqalə

Lavrov və Mirzoyan Qarabağı müzakirə ediblər