XİN azərbaycanlı mühacirlərin Almaniyada saxlanılmasına münasibət bildirdi:"Məlumatımız var"

“Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılması haqda məlumatımız var”.

Bunu APA-ya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

“Təəssüf edirik ki, özlərini “siyasi mühacir” kimi qələmə verən bu şəxslər yuxarıda qeyd olunan fəaliyyətdə şübhəli bilinərək saxlanılıblar. Azərbaycan və Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur və Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ də müvafiq şəkildə nəzərdən keçirilə bilər”, – deyə XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb. Bu barədə Almaniyada yaşayan Həbib Müntəzir məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Patriarx Kiril:

Sonrakı məqalə

“Erməni jurnalistlər qələt edib Azərbaycana gəlirlər” –