Xocavənddə maşın aşıb, ölən və xəsarət alan var –FOTO

Xocavənd rayonu ərazisində yol qəzası olub. 

Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində qeydə alınıb. 1978-ci il təvəllüdlü Neftçala rayon sakini Rahil Ağayevin idarə etdiyi “DAF” markalı betonvuran yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sərnişin – 1976-cı il təvəllüdlü Biləsuvar rayon sakini Elçin Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanıb istintaq aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.