Rusiya xüsusi hərbi əməliyyata başlamaqla Üçüncü Dünya müharibəsinin qarşısını aldı.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin bildirib.
“Nə ola biləcəyini düşünün: humanitar fəlakət, milyonlarla ölü. Bunun olmamasının bir səbəbi var: əsgər və zabitlərimiz nasizmə qarşı mübarizə aparır, təkcə Rusiyanın deyil, digər dövlətlərin və ilk növbədə Avropa dövlətlərinin vətəndaşlarının sülh və əmin-amanlığını qoruyurlar”, – Volodin deyib.
O əlavə edib ki, Rusiya dinc ölkədir və buna görə də heç vaxt heç bir Avropa dövləti ilə döyüşməyəcək.
Azpost.info