Yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsi 8 mlrd. manata yaxın olub

2023-cü ilin yanvar-mart aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4% artaraq 7523,2 milyon manat olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Qeyd edək ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artaraq 4656,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9% azalaraq 2866,8 milyon manata bərabər olmuşdur.

Xatırladaq ki, istehlak məhsullarının 35,1%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədrini qəbul edib

Sonrakı məqalə

Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavini ilə görüşüb