Yanvar-noyabr aylarında 45,5 min şəxsə əlillik təyin edilib- RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-noyabr aylarında 45,5 min şəxsə əlillik təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 22,6 mininə ilkin, 22,9 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Bu ilin 11 ayı ərzində agentliyin reabilitasiya müəssisələrində 78,9 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Əvvəlki məqalə

ABŞ Senatı Ukrayna və İsrailə yardımla bağlı qanun layihəsini blokladı

Sonrakı məqalə

Bu il Britaniya ilə Azərbaycanın ticarət dövriyyəsi 734 milyon dollar olub