YAP-ın Siyasi Şurası ləğv olundu

05 Mart 2021 - 13:10

YAP-ın Siyasi Şurası ləğv olunub.

Bu barədə YAP-ın bu gün keçirilən qurultayında qərar qəbul edilib.

YAP-ın 40 nəfərdən ibarət İdarə Heyəti və 13 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası formalaşdırılıb.

Partiyada 35 nəfərdən ibarət Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib.