YAP-ın yaradılmasının 30 illik yubileyi keçirilir –Müxalifət partiyaları iştirak edir /FOTOLAR

Noyabrın 21-də  Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilir.

Yubiley tədbiri Heydər Əliyev Mərkəzində baş tutub. Tədbir saat 10:00-da başlayıb.

Xatırladaq ki, YAP 1992-ci ildə sabiq prezident Heydər Əliyev  tərəfindən yaradıb. 1993-cü ildən hakimiyyətdə olan partiya təxminən 800 minə yaxın üzvü ətrafında birləşdirir.

Ölkənin müxalifət partiyaları da tədbirə qonaq kimi dəvət olunub. Partiya sədrləri Mərkəzə gəliblər. (Unikal)

Əvvəlki məqalə

“Maaşımın başqalarından fərqlənməsi ədalətsizlikdir”

Sonrakı məqalə

İlqar Məmmədov YAP-ın yubileyindən foto paylaşdı: