Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavinləri postlarına namizədləri məlum olub. Namizədlər bu gün YAP İdarə Heyətinin iclasında müəyyənləşib. YAP-ın Milli Məclis Sədri postuna namizədi Sahibə Qafarova, Milli Məclis sədrinin birinci müavini postuna namizədi Əli Hüseynli , Milli Məclis Sədrinin müavini postuna namizədi isə Hicran Hüseynova irəli sürülüb.