YAP növbədənkənar qurultaya gedir –

Rayon təşkilatları partiyanın qərargahına çağrıldı, deputatlar testdən keçirilir
02 Mart 2021 - 12:25

YAP-ın növbədənkənar qurultaya gedəcəyi barədə məlumat təsdiqlənir.

Azpost.info bildirir ki, adının açıqlanmasını istəməyən YAP-çı deputat etikxeber.az-a açıqlamasında bildirib ki, artıq partiyanın növbədənkənar qurultaya gedəcəyi dəqiqdir və bu, martın 5-də baş verəcək.

Daha bir deputat isə bildirib ki, YAP-dan “COVİD-19″-la bağlı analizdən, test müayinəsindən keçmək üçün çağrılıblar:“Dünən axşama qədər bizə heç nə deyilməmişdi. Ancaq bu gün səhər tezdən bizə xəbır verildi ki, YAP-a gəlmək lazımdır. “COVİD-19″-la bağlı analizdən, test müayinəsindən keçmək lazımdır. Özü də hələlik partiyanın yerli şəhər və rayon təşkilatlarının sədrlərinə deyilib. Sabah hər şey daha dəqiq bilinəcək”.

“Ola bilər ki, qurultay olmasın, İdarə Heyəti və Siyasi Şuranın genişləndirilmiş toplantısı keçirilsin, təcrübədə bu da var, qurultay kimi bu formatdan da istifadə oluna bilər…”-deyə, o, əlavə edib