Yaponiya Baş naziri Fumio Kişida adalar yaxınlığında zəlzələ və sunami təhlükəsi səbəbindən Orta Asiyaya işgüzar səfərini ləğv edib.
Azpost.info xəbər verir ki, bu barədə “Kyodo” yazır.
4 günlük səfər çərçivəsində o, Qazaxıstan, Özbəkistan və Monqolustana səfər etməli idi.
Yaponiya Meteorologiya İdarəsi bildirib ki, ölkənin cənub-qərbindəki Kyuşu adasında baş verən təkanlardan sonra yeni güclü zəlzələ riski artıb. Bundan başqa, sunami Sakit Okeanın sahillərini – cənub Okinava adasından Tokio və qonşu prefekturalara qədər vura bilər.
Azpost.info