Bu gün səhər saatlarında Yaponiyanın cənub-qərbindəki Kyuşu adası yaxınlığında 7,1 bal gücündə zəlzələ qeydə alınıb.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsinə istinadən “Kyodo” agentliyi məlumat yayıb.
Meteorologiya Departamenti Koti, Miyadzaki, Oita və Kaqosima prefekturaları üçün sunami xəbərdarlığı edərək, dalğaların hündürlüyünün 1 metrə çata biləcəyini bildirib.
TASS ölkənin fövqəladə hallar xidmətinə istinadən xəbər verir ki, zəlzələdən sonra Kyuşu adasının cənub-qərb hissəsində sunami müşahidə olunub, dalğaların hündürlüyü 80 sm-ə çatıb.
Azpost.info