Yaz sessiyasında 1768 nəfər təhsil tələbə krediti alıb

Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, bu günə qədər 3958 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 783 nəfərin müraciəti natamam olub, 684 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 119 nəfərin müraciətinə imtina cavabı verilib, 604 nəfərin müraciəti isə banka yönləndirilib.

Payız sessiyası üzrə 1768 nəfərə TTK verilib. Onların arasından 615 nəfərin müraciəti sosial TTK, 1153 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Əvvəlki məqalə

Saakaşvili Gürcüstandakı etirazlardan danışdı

Sonrakı məqalə

Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayı açıqlanıb