Yeni tədris ilindən ibtidai sinf müəllimləri 20 faiz yenilənəcək- RƏSMİ

Bir neçə il öncə təhsil sahəsində aparılan islahatların nəticələrini artıq buraxılış imtahanlarının nəticələrində görürük.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.

“Bizim təhsilimizin əsas problemləri ibtidai sinifdən başlayır. İbtidai təhsillə bağlı ən böyük məsələ orada keyfiyyətin artırılmasıdır. İbtidai sinf müəllimlərinin sertifikasiyası mərhələsi artıq başa çatıb. Növbəti tədris ilində biz 20 faiz müəllimi yeniləyəcəyik” – nazir qeyd edib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.