Yevlax-Balakən dəmir yolu xəttinin istifadəyə verilməsi üçün hazırlıqlar gedir

Sərnişindaşımanın pandemiyadan əvvəlki dövrdə olan marşrutlar üzrə bərpası ilə əlaqədar hazırda 3 illik strateji istiqamətlər hazırlanıb. Bu plana uyğun olaraq sərnişindaşımanın mərhələli şəkildə bərpa olunması nəzərdə tutulub.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

ADY sədri qeyd edib ki, cənub istiqamətində yolun infrastrukturu hazırda orada keyfiyyətli xidmətlərin göstərilməsinə imkan vermir. Bu il 309 kilometrlik Bakı-Qəbələ reysini istifadəyə verdik. Bakı-Gəncə istiqamətini də əlavə olaraq 95 kilometr – Ağstafaya qədər genişləndirdik. Növbəti strateji planımıza uyğun olaraq, Yevlax-Balakən xəttinin istifadəyə verilməsi üçün hazırlıqlar gedir. Bu hazırlıqlara xeyli vaxt sərf olunacaq. Ancaq bu istiqamətlərə də qatarların açılması hədəfimizdədir”, – deyə R. Rüstəmov vurğulayıb.

Əvvəlki məqalə

Bakı-Ağstafa reysində yeni qatarlardan istifadə ediləcək

Sonrakı məqalə

Avstriya bu il Rusiyadan 3 milyard avroluq qaz alıb