Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin hələ vəzifə başında olarkən yol polisi tərəfindən saxlanılıb.
Azpost.info bildirir ki, bununla bağlı maraqlı kadrlar yayımlanıb. 90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Galendewagen” markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.
O, YPX əməkdaşına “Sən nə həyasız adamsan? Görmürsən general-polkovnik Mehdiyevdir?” sözlərini deyib.
Qeyd edək ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.