“Yoxsul ölkələrə taxılın pulsuz göndərilməsi barədə Putinlə razılığa gəldik”- ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə ehtiyacı olan ölkələrə pulsuz taxıl tədarük edəcəkləri barədə razılığa gəldiyini bildirib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rusiya prezidenti Vladimir Putinlə danışıqlarımız zamanı ehtiyacı olan ölkələrə taxılın pulsuz göndərilməsi barədə razılığa gəldik”, – Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə taxıl daşıyan yük gəmilərinin ağır ərzaq böhranı və aclıqdan əziyyət çəkən ölkələrə çatması üçün şəraiti təmin edəcək.

Ərdoğan məsələni BMT Baş katibi Antonio Quterreşlə də müzakirə etdiyini bildirib.

Türkiyə prezidenti onu da qeyd edib ki, Balidə keçiriləcək G20 sammitində Afrika ölkələrinin ərzaq təminatı məsələsini gündəmə gətirmək niyyətindədir.

Azpost.info

Əvvəlki məqalə

Türkiyənin Vitse-prezidenti Şuşaya səfər edəcək

Sonrakı məqalə

“Göyçayda 14 yaşlı qızı ərə verirlər, sabah toydur” –