“Həbsxanada olarkən gitara çalmağı öyrənməyə çalışırdım. Üç aydan sonra məndə irəliləyişi görən nəzarətçilər gitaranı əlimdən aldılar. Mənə dedilər ki, “əgər rəhbərlik bilsə ki, burada müsbət təcrübə qazanmısan bizi işdən qovacaqlar””.
Azpost.info bildirir ki, bu sözləri REAL –ın sədri İlqar Məmmədov Rusiyanın team29.org saytına müsahibəsində bildirib.
Həbsinin səbəbləri barədə danışan İ. Məmmədov həbsxana həyatı barədə məqamları açıqlayıb: “Vaxtımın çoxunu koloniyada keçirdim. 50 kvardatlıq yerdə 28 nəfər idik. Televizora baxmağa icazə verirdilər, ilk vaxtlar hətta qısa dalğada radioya qulaq asmağa da imkan olurdu. Mən “Azadlıq” Radiosunun rus redaksiyasını tutub qulaq asırdım. Lap 1980-90-cı illərin əvəvlərində Moskvada yaşadığım vaxtlarda olduğu kimi…”
REAL sədri deyib ki, həbsxanada məhbusların az qismi orada olan emalatxanalarda çalışırlar: “1400 məhbus vardı. Cəmi bir neçəsi işləyirdi. Həyat rejimlədir: yuxudan qalxırsan, yemək, kitab oxuyursan, kinoya, TV-yə baxırsan, müzakirə edirsən. Bütün mənbələrdən maksimum informasiya almaq istəyirsən. Zonda ən qiymətli şey informasiya, ən ucuz olan vaxtdır. Hamının vaxtı kifayət qədər olur”.
İ. Məmmədovun sözlərinə görə, həbsdə olarkən bir sıra rəsmi şəxslər onun yanına gələrək ümidsizlik yaratmağa, mübarizəsinin mənasız olduğuna inandırmağa çalışıb: “Amma içində yüksək rütbəli məmurların da olduğu şəxslər də olurdu. “Möhkəm ol” pılçıldaya bilridilər. Bu adama motivasiya verirdi. Sən anlayırdın ki, geriyə yol artıq yoxdur”.
“Həbsdən azad edildikdən sonra dedim ki, əgər Azərbaycan Avropa Şurasının üzvü olmasaydı mən yəqin ki, həbsxanadan sağ çıxmayacaqdım. İnsan Haqları Konvensiyası varsa o zaman il yarım həbs sənin siyasətdə ödəyə biləcəyin qiymət sayıla bilər. Maksimum 2 il… Təəssüf ki, mən həbsdə beş il oturdum”.- deyə REAL sədri vurğulayıb.
Azpost.info