Yüksək texniki peşə təhsili alanların sayı açıqlanıb

Elm və Təhsil Nazirliyi 2023-cü ildə yüksək texniki peşə təhsilinə qəbul olanların sayını açıqlayıb.

Nazirlikdən bildirilib ki, cari ildə yüksək texniki peşə təhsili səviyyəsində 19 ixtisas üzrə 1209 nəfər tələbə adını qazanıb.

Bu təhsil səviyyəsindən məzun olmuş 21 nəfər subbakalavr dərəcəsi alaraq ali məktəbə qəbul olub. Onlardan 10 nəfəri dövlət sifarişi ilə, 11 nəfəri ödənişli təhsil alır.

Əvvəlki məqalə

Azərbaycanda işsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılıb

Sonrakı məqalə

“Pandemiyadan sonra dollar üçün ən pis il 2023 oldu”