Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir

Yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.

AAYDA-dan bildirilib ki, agentliyin mütəxəssisləri tərəfindən yol infrastrukturuna baxış keçirilir, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Gün ərzində də yoxlamalar davam etdiriləcək.

Bundan başqa, agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib.

Əvvəlki məqalə

Bakıda reklamların binanın fasadına yapışdırılması qadağan edilib

Sonrakı məqalə

Gender zorakılığı ilə bağlı dəyirmi masa keçirilib