Zelenski Almaniya kanslerini 9 mayda Kiyevə səfərə çağırdı

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsu mayın 9-da Kiyevə səfər etməyə çağırıb.

Azpost.info xəbər verir ki, Zelenski bunu Britaniyanın “Chatham House” analitik mərkəzinin nümayəndələri ilə söhbətində deyib. “Şolts mayın 9-da Kiyevə gəlmək üçün bu çox güclü siyasi addımı ata bilər. Mən mənasını izah etmirəm, düşünürəm ki, səbəbi başa düşəcək qədər savadlısınız”, – Zelenski bildirib.

Qeyd edək ki, kansler Kiyevə səfər etməkdən imtina edib və qərarını Zelenskinin Almaniya prezidenti Frank-Valter Ştaynmayeri qəbul etmək istəməməsi ilə izah edib. Bu gün məlum olub ki, mayın 9-da Şoltsun Berlində Fransa prezidenti Emmanuel Makronla görüşü planlaşdırılıb. Siyasətçilər Avropa İttifaqı çərçivəsində gələcək əməkdaşlığı müzakirə edəcəklər.

Azpost.info

Əvvəlki məqalə

“Küləkli hava 2 gün davam edəcək” –

Sonrakı məqalə

Rüstəm İbrahimbəyova görə ikiyə bölünən Kinematoqrafiya İttifaqı birləşir