Zelenski İsrailə səfərini təxirə salıb

Ukrayna prezidenti Vladimir Zelenski İsrailə səfərini qeyri-müəyyən müddətə təxirə salıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri İsrail diplomatik mənbəsinə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Ukrayna lideri hələ də İsrailə səfər etməyi düşünür, lakin səfərin tarixi hələ müəyyən edilməyib.

“Əgər Ukrayna prezidenti Vladimir Zelenski İsrailə gələrsə, onu qucaq açaraq qarşılayacaqlar”, – İsrail rəsmisi nəşrə bildirib.

Azpost.info

Əvvəlki məqalə

Şuşaya köç gələn ilin I rübündə baş tutacaq

Sonrakı məqalə

Prezident və birinci xanım “Qızlar gimnaziyası”nda həyata keçiriləcək işlərlə tanış olub