Keçmiş boksçu Roberto Duran koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bu barədə onun oğlu “Instagram”da bildirib. 69 yaşlı sabiq idmançı xəstəxanaya yerləşdirilib.
Həkimlər onun ciyərlərinin vəziyyətinin yaxşı olduğunu söyləyib.
Qeyd edək ki, Roberto Duranın adı 2006-cı ildə “Beynəlxalq boks şöhrət zalı”na daxil edilib. O, XX əsrdə yüngül çəkidə ən yaxşı boksçu hesab olunub.