Əkrəm İmamoğlu ilə Mansur Yavaş Akşenerlə görüşdü- AÇIQLAMA (FOTO)

“6-lı masa” böhranından sonra bu gün İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Anakara bələdiyyə sədri Mansur Yavaş İYİ Partiya sədri Meral Akşenerlə görüşüb.

Azpost.info xəbər verir ki, İYİ Partiyanın qərargahında baş tutan görüşə gələn Akşener jurnalistlərin suallarını cavablandırmayıb.

İYİ Partiya sədrinin müavini Ümit Dikbayır isə son vəziyyət və görüşlə bağlı “yaxşı olacaq” deməklə kifayətlənib.

20 dəqiqə davam edən görüşdən sonra İmamoğlu və Yavaş qısa açıqlama veriblər.

“Zəlzələ ilə üzləşdiyimiz çətin günlərdə “Altılı masa”nın ölkəmizin gələcəyi üçün çox əhəmiyyətli olduğunun fərqindəyik. Hörmətli sədrimizlə hisslərimizi bölüşdük”, – İmamoğlu deyib.

“Bizim bu hadisələri masa arxasında izləmək imkanımız yoxdur. Yaraları sağaldacaq şəkildə bir araya gəlmək millətimizin arzusudur. Dəyərləndirəcəklər”, – Yavaş bildirib.

İYİ Partiyasının sözçüsü Kürşad Zorlu isə görüşdən sonra bunları deyib: “Millətin səsi, millətin iradəsi olmağın məsuliyyətini hiss edən sədrimiz millətimizin səsinə uyğun yeni əhatəli təkliflə “Millət İttifaqı”na öz təklifini formalaşdırıb. O, İmamoğlu və Yavaşın prezident köməkçiləri olması ilə bağlı təkliflərini çatdırdı. Təkliflər hörmətli Kılıçdaroğluna təqdim olunacaq. Danışıqlar prosesi davam edəcək”.

Azpost.info

Əvvəlki məqalə

Dumanlı hava şəraiti müşahidə olunur

Sonrakı məqalə

Putinlə Rəisi arasında telefon danışığı olub