Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberqi qəbul edib.
Azpost.info xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Kahramanmaraşda baş verən zəlzələlərdən sonra NATO Baş katibi Yens Stoltenberq dəstək üçün Türkiyəyə gəlib. Baş katib Ərdoğanla İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini də müzakirə edəcək.
Stoltenberq prezident Ərdoğanla görüşdən əvvəl Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Azpost.info