Əfsanəvi boksçuda koronavirus aşkarlandı

Keçmiş boksçu Roberto Duran koronavirusa yoluxub. 

“Report” xəbər verir ki, bu barədə onun oğlu “Instagram”da bildirib. 69 yaşlı sabiq idmançı xəstəxanaya yerləşdirilib.

Həkimlər onun ciyərlərinin vəziyyətinin yaxşı olduğunu söyləyib.

Qeyd edək ki, Roberto Duranın adı 2006-cı ildə “Beynəlxalq boks şöhrət zalı”na daxil edilib. O, XX əsrdə yüngül çəkidə ən yaxşı boksçu hesab olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusu ağır formada keçirən qan qrupu hansıdır?

Sonrakı məqalə

Milli Məclisin komitə sədri cərimələrin xeyli artırılmasını istəyir