“Dağıdıcı zəlzələ ilə bağlı ilkin olaraq 100 milyardlıq vəsait ayırdıq”- ƏRDOĞAN

“Təkcə Cümhuriyyət tariximizin deyil, regionun və dünyanın ən böyük fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı zəlzələlərlə bağlı açıqlamasında deyib.

“İndiyədək bölgəyə 54 min çadır, 102 min çarpayı və digər ehtiyaclar göndərilib. Dövlətimiz bütün qurumları, personalı, vasitəçiləri və səfərbərlik ruhu ilə fəlakət bölgələrində fəaliyyətə başlayıb. Təcili yardım və dəstək fəaliyyətləri üçün ilk növbədə qurumlarımızın sərəncamına olan 100 milyard lirəlik bir qaynaq ayırdıq. Hazırda dağıntılar bölgəsində 53 min 317 axtarış-xilasetmə zabitimiz və dəstək personalımız çalışır. Sayları Türkiyədən və xaricdən gələn qruplarla hər saat artır”.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvan Vergi Xidmətinin rəisi kollektivə təqdim olunub

Sonrakı məqalə

“3549 ölü, 22168 yaralı var…”