"Qısa vaxt ərzində artıq sərnişindaşımalara cəlb edilən 1 400-dən artıq avtobusda şəffaf arakəsmələrin quraşdırılması təmin edilib". Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Qeyd edilib ki, əlavə olaraq 553 avtobusda da istehsalçı tərəfindən quraşdırılan kabinalar mövcuddur: “Qalan digər avtobuslarda da arakəsmələrin quraşdırılması üçün iş aparılır. Eyni zamanda, taksi minik avtomobillərində də bu iş həyata keçirilir”.