1014 ölü, 7003 yaralı…- Türkiyədə zəlzələ qurbanlarının sayı artır

Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş bölgəsində baş verən zəlzələ qurbanlarının sayı 1000-i keçib, azı 7 min yaralı var.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Hökuməti yanında Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan qaldırılması İdarəsi (AFAD) məlumat yayıb.

AFAD-ın məlumatına görə, Türkiyənin cənub-şərqində gün ərzində maqnitudası yeddidən çox olan iki zəlzələ baş verib (yerli vaxtla saat 04.17-də – 7.7 bal və 13.24-də – 7.6 bal).

Son məlumatlara görə, Türkiyənin on vilayətində 1014 nəfər ölüb, 7003 nəfər yaralanıb.

İdarədən verilən məlumata görə, Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində 2824 bina dağılıb.

Türkiyə hökuməti zəlzələ təhlükəsinə görə əhalini evlərinə qayıtmamağa çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə

Sonrakı məqalə

Azərbaycan Ordusunda Komando kursunun növbəti buraxılışı olub