Tovuzda 20 yaşlı gənc intihar edib. Hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Belə ki, Əlimərdanlı kənd sakini, 2000-ci il təvəllüdlü Ələsgərli Orxan Firdovsi oğlu Xatınlı kəndinin yaxınlığında qəbiristanlıqda özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.