“2021-ci ildə Azərbaycanda iqtisadi artım gözlənilir” –Dünya Bankının hesabatı açıqlandı

“Avropa və Mərkəzi Asiya regionunun regionun 23 ölkəsində 2021-ci ildə 3.9 faiz iqtisadi artım gözlənilir”.

Azpost.info bildirir ki, bu barədə Dünya Bankının 8 iyunda yaydığı hesabatda deyilir.

Hesabatda bildirilir ki, Avropa və Mərkəzi Asiya koronavirus pandemiyası ilə çarpışmaqda davam edir. Bu, regionun iqtisadi proqnozlarına ciddi təsir göstərir.

Beynəlxalq Valyuta Fondunun (BVF) kreditor qolu olan Dünya Bankının 8 iyunda yaydığı hesabatda qeyd edilən ölkələrin arasında Azərbaycan da var.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə artım ixracın, xammal və materialların qiymətlərindəki bahalaşma hesabına əldə olunacaq. Bununla belə Dünya Bankı xəbərdarlıq edir ki, vaksinasiya kampaniyalarındakı fasilə və qeyri-ardıcıllığa görə ümumi proqnoz “qeyri-müəyyən” olaraq qalır.

Hesabatda deyilir ki, pandemiya daha uzun müddətdə davam edərsə, xarici maliyyələşdirmə sərtləşə, siyasət qeyri-müəyyənliyi və geosiyasi gərginlik daha da arta bilər.

Sənəddə qeyd olunur ki, 2021-ci ildə COVİD-19-a yoluxmaların artması bir çox ölkələrin dirçəlişini ləngidib.

Dünya Bankı habelə vurğulayır ki, valyutaların son vaxtlarda ucuzlaşması qiymətlərin yüksəlişinə səbəb olub. Hesabatda deyilir ki, söhbət xüsusilə də Ermənistan, Belarus, Gürcüstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadan gedir.

Bununla yanaşı regionun bir sıra ölkələri hələ də sovet zəmanəsindən qalma planlaşdırma sisteminin təsirindən tam xilas ola bilməyiblər.

Dünya Bankının təxminlərinə görə 2021-ci ildə Rusiyada 3.2 faiz iqtisadi artım gözlənilir. Qərbi Balkanlarda bu rəqəm 4.4 faizə çata bilər. Bu regionda ən zəif iqtisadi inkişaf Mərkəzi Avropada müşahidə olunur. Bu bölgədə 2021-ci il üçün iqtisadi artımı 1.9 faiz civarında proqnozlaşdırılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Modriç səkkizinci dəfə ən yaxşı futbolçusu seçillib

Sonrakı məqalə

Fransa ingilis dilini Avropa İttifaqından çıxarmaq istəyir –