2021-ci ildə neftin qiyməti neçəyə olacaq? –“Moody`s” reytinq agentliyinin PROQNOZU

2021-ci ildə “Brent” markalı neftin bir barrelinin qiyməti 40-45 dollar arasında dəyişəcək.

TASS informasiya agentliyi xəbər verir ki, bu proqnoz “Moody`s” reytinq agentliyinin məruzəsində yer alıb.

Hasilatçılar 3-5 il ərzində belə qiymətlərlə yalnız ən ucuz neft ehtiyatlarını çıxarmağa çalışacaq. Yüksək məsrəf tələb edən yataqlardan resurs hasil etmək üçün qara qızılın barrelinin qiyməti 50-55 dollara qədər bahalaşmalıdır.

Məruzədə, həmçinin qeyd olunur ki, dünyada neft və neft məhsulları ehtiyatı yüksək olaraq qalacaq və kiçik templə aşağı düşəcək.

ABŞ-ın şist neft istehsalçıları son zamanlar artan qiymətlər fonunda daha aktiv qazma işləri aparmağa başlayıb. Lakin Amerika hasilatında nəzərəçarpacaq sürətlənməni WTI neftinin bir barrelinin qiymətinin 55 dollardan yuxarı qalxması halında müşahidə etmək olar.

“Moody`s” reytinq agentliyinin ekspertləri 2020-ci ilin iqtisadi tənəzzülündən sonra 2021-ci ildə neft bazarının aktivliyinin bərpa olunacağını düşünürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı, Sumqayıt və Abşeron üzrə dekabrın pensiyaları ödənilib

Sonrakı məqalə

SSRİ-nin sonuncu müdafiə naziri, marşal Şapoşnikov vəfat edib