“3549 ölü, 22168 yaralı var…”- Ərdoğan 3 aylıq fövqəladə vəziyyət elan etdi (VİDEO)

“3549 ölü, 22168 yaralı var. Ən böyük təsəllimiz odur ki, indiyədək 8 mindən çox vətəndaşımız dağıntılar altından xilas edilib”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı zəlzələ bağlı açıqlamasında deyib.

“Bölgəyə 1000-ə yaxın təcili yardım maşını, göyərtəsində 2 təcili yardım maşını və 5 min səhiyyə işçisi olan təyyarələr təhvil verilib. Türk Silahlı Qüvvələri bütün imkanları – minlərlə şəxsi heyəti, 10 gəmisi və 54 yük təyyarəsi ilə bu işlərdə iştirak edir. Ölkə boyu məktəblərdə fevralın 13-dək, təbii fəlakət bölgəsindəki məktəblərdə isə fevralın 20-dək tədris dayandırılıb”, – Ərdoğan bildirib.

Ərdoğan onu da qeyd edib ki, zəlzələnin yaşandığı 10 əyalətdə 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.

Azpost.info

Əvvəlki məqalə

“Dağıdıcı zəlzələ ilə bağlı ilkin olaraq 100 milyardlıq vəsait ayırdıq”

Sonrakı məqalə

Ərdoğan AFAD-a ianə etməyə çağırdı