4 mindən çox rus əsgəri Ukraynada döyüşməkdən imtina edib

Ukraynada iki illik müharibə zamanı 4,5 mindən çox rus hərbçisi mühribədə iştirakdan imtina edib.

Azpost.info xəbər verir ki, bu barədə “Proekt” yazıb.

Araşdırma zamanı Rusiya məhkəmələrində bölmələri tərk etmə (337), fərarilik (338), əmrə tabe olmama (332) və xəstəliyə laqeyd yanaşma (339) maddələri üzrə işlər də öyrənilib.

Ümumilikdə, 2022-ci ilin fevral ayından indiyədək 4642 nəfər ittiham olunub.

Yerli hüquq müdafiəçiləri deyirlər ki, cəbhədən qaçanlara kömək üçün səfərbər olunanların həyat yoldaşlarından, qohumlarından və dostlarından da müraciətlər gəlir: “Aydındır ki, fərarilərin sayının artmasına o da təsir edir ki, səfərbərlik elan ediləndən təxminən il yarım keçib, qoşunlarda rotasiya yoxdur və çoxları heç nəyə ümid etmədən fərariliyi seçirlər”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.