45 yaşlı polkovnik-leytenant Vüqar Ağayev vəfat edib –MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!” – məlumatda deyilir.

Əvvəlki məqalə

Sabirabadda narkokuryer 15 kiloqram nəşə, heroin və “patı” ilə tutuldu

Sonrakı məqalə

Valyuta məzənnələri