4 544 ölü, 26 721 yaralı, 6 minə yaxın dağılmış bina…- Türkiyədə zəlzələ qurbanlarının sayı artır

Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə yüksəlib.

Azpost.info xəbər verir ki, 26 min 721 yaralı var.

AFAD-ın Zəlzələ Riskinin Azaldılması Baş direktoru Orxan Tatar son durumu açıqlayıb: “Həyatını itirən vətəndaşlarımızın sayı 4 min 544 nəfərdir. Xəsarət alan vətəndaşlarımızın sayı 26 min 721, dağılmış binaların sayı 5775-dir. Bölgədə 10 gəmi fəaliyyət göstərir. Axtarış və xilasetmə işləri üçün ərazidə 100-ə yaxın vertolyot və təyyarələr var. 60 min 217 şəxsi heyət iş başındadır. Xüsusən də ölkəmizin hər yerindən zəlzələ bölgəsinə sıx kömək müraciətləri gəlir. Bu, həqiqətən də Türk millətinə yaraşan bir davranışdır”.

Azpost.info

Əvvəlki məqalə

Lənkəranda Türkiyəyə yardım kampaniyası başlanıb

Sonrakı məqalə

Paşinyan Ərdoğanla danışdı, başsağlığı verdi –