7 yaşlı uşağı öldürən idman müəlliminə 19 il həbs cəzası verildi

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Mehman Xəlilov son sözündə özünü qismən təqsirli bildiyini, Fəridin ən sevimli şagirdi olduğunu deyib: “Məsələnin bu qədər böyüməsinə səbəb sosial şəbəklər oldu”.

Daha sonra məhkəmə hökm elan etmək üçün müşavirəyə gedib. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.