Əmanətlərin tam sığortalanmasının müddəti uzadılır.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış “Əmanətlərin tam sığortalanması haqqında” qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib. Layihəyə əsasən, qanunun müddətinin gələn il aprelin 5-dək uzadılması təklif olunur.