Bu il yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2710) 678 min 402,9 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 64,3 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycandan 403 milyon 952,46 min ABŞ dolları dəyərində neft məhsulları ixrac olunub.
Yanvar-avqust aylarında Azərbaycandan bütün ixracın 1,66 faizi neft məhsullarının ixracının payına düşüb. Ötən ilin müvafiq dövründə Azərbaycandan 527 milyon 355,16 min ABŞ dolları dəyərində 770 min 815,85 ton neft məhsulları ixrac edilib.
Azpost.info