Tarkan rekord qıran mahnısından danışdı –"Hadisələr mənə pis təsir etmişdi"

Türkiyənin meqastarı Tarkanın uzun fasilədən sonra oxuduğu yeni mahnı qısa müddətdə milyonlarla insan tərəfindən izlənilib.

Tarkan geniş müzakirəyə səbəb olan “Geççek” mahnısı ilə bağlı danışıb.

Meqastar bildirib ki, bir il əvvəl ruh halının yaxşı olmadığı bir dövr yaşayıb:

“Pandemiya, dünyada baş verən kədərli hadisələr, insanlığın narahatedici gedişatı, təbiətin məhv edilməsi kimi hadisələr mənə pis təsir etmişdi. Ümidimi itirmiş kimi olmuşdum. Həmin anlarda bu mahnının musiqisi və sözləri daxilən məndə yarandı.

Özümə dedim ki, keçəcək, keçəcək, bu da keçəcək. Hamımıza yaxşı təsir edəcək mahnı yazmaq qərarına gəldim. Bu mahnı, bəlkə, bir az təsəlli, bir az ümid olar deyə düşündüm. Dedim ki, “Geççek” yer üzündə gülümsəməyə vəsilə olar, hamımıza yaxşı təsir edər”.

Xatırladaq ki, “Geççek” mahnısının söz və musiqisi Tarkanın özünə məxsusdur. Ekran işinin rejissoru İrfan Yıldırımdır.

Klip Türkiyənin Yutub trendində yuxarı pillədə qərarlaşıb. Həmçinin, “Geççek”lə bağlı 150 mindən çox tvit yazılıb. Klipə bir gündən az müddətdə 7,5 milyon dəfə baxılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir